"Şuşa ilinə" həsr olunan intellektual riyaziyyat yarışı keçirildi

23.04.2022  tarixində 287 nömrəli Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi.   Yarış "Şuşa ilinə"  həsr edilmişdi. Liseyin riyaziyyat  müəllimi Hüseyn Vəliyevin rəhbərliyi və liseyin kollektivindən  N.Aynur, İ.Nigar, direktor müavinləri  Y.Lalə,  Ş,Aysel, UBR İ.Təranənin təşkilatçılığı ilə keçirilən tədbirdə ənənəvi olaraq dövlət himni səsləndi. Liseyin direktoru Aygün Əhmədli  tədbir iştirakçılarını salamlayaq, bu cür yarışların şagirdlərin öz bilik səviyyəsini yoxlaması və sağlam rəqabət mühitinin yaradılması məqsədini daşıdığını bir daha vurğuladı.  Tədbirdə liseyin rəhbərliyi, qonaqlar iştirak edirdi. Liseyin istedadlı şagirdlərindən təşkil olunan çalğı alətləri ansamblının ifasında popuri ifa edildikdən sonra yarış başlandı.  

    Bu dəfəki yarışda Zəkalar liseyinin, Pişəvəri adına gimnaziyanın,  Kimya-biologiya liseyinin, Ekologiya liseyinin, Humanitar liseyin  VIII sinif şagirdləri iştirak edirdilər.   Qızğın rəqabət şəraitində davam edən oyun çox maraqlı keçdi.   I yeri  Zəkalar liseyinin, II yeri Kİmya-biologiya liseyinin, III yeri isə Ekologiya liseyin  komandası tutdu.  Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi