Oxu günü

    Əsrlərdən bəri  yaranıb inkişaf edərək  bəşəriyyətin söz sənəti  xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri olan mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir.  Zəkalar liseyində "Oxu günü " tədbirlər planına  uyğun olaraq  bu faydalı fəaliyyətlə məşğul olmağa marağı artırmaq, mütaliənin gündəlik həyat rejiminə daxil etmək məqsədilə   növbəti tədbir keçirildi.

  Bu dəfə liseyin 5b sinif şagirdləri sinif rəhbəri Kəmalə Ağayeva və Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Məmmədovanın rəhbərliyi altında Bakının gözəl parklarından birində açıq havada mütaliə saatı keçirdi. Dahi şairimiz Nizami Gəncəvinin "Xəmsə"sinə həsr edilən mütaliə saatı maraqlı diskussiyalarla  da yadda qaldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi