Learning Hubs layihəsi

   Artıq bir neçə ildir ki, Britaniya hökuməti, Britaniya Konsulluğu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ölkə ərazisində Learning Hubs layihəsi fəaliyyət göstərir. Hər il olduğu kimi, 2021-2022-ci tədris ili ərzində liseyimizin şagirdləri mərkəzin nəzdində təşkil olunmuş İngilis dili dərslərində fəal iştirak etmişdir. Dərslər liseyin ingilis dili müəllimləri İbrahimova Nigar və İslamova Könül tərəfindən şagirdlərin maraq və yaş səviyyələrinə uyğun mövzularda hazırlanmış, interaktiv və əyləncəli formada aparılmışdır. Dərslər əsasən şagirdlərin dinləmə və danışıq bacarıqlarının inkişafına yönəlmiş, şagirdlər müxtəlif oyun və onlayn yarışların iştirakçısı olmuşlar. Layihəni uğurla başa çatdırmış şagirdlər Britaniya Konsulluğunun sertifikatları ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi