Şagirdimizin Tailand Beynəlxalq Riyaziyyat olimpiadasında uğuru

 Liseyimizin 9a sinif şagirdi Gülzar Astanzadə qazandığı möhtəşəm uğurla bütün kolektivi sevindirdi. 2022-ci ilin yanvar ayında Tailand Beynəlxalq Riyaziyyat olimpiadasının yerli mərhələsinə qatılan şagirdimiz uğurlu nəticə göstərərək yarımfinal turuna vəsiqə qazanmış, aprel ayına qədər keçirilən həm yarımfinal, həm də final turlarında III yerə layiq görülərək  hər iki tur üçün bürünc medallar qazanmışdır. Qalib şagirdimizin medal və diplomu xüsusi təqdimetmə mərasimində təqdim edilmişdir. Liseyin direktoru Aygün Əhmədli ilə görüşən A. Gülzar yarış boyu təəssüratlarını və sevincini bölüşdü.

 İstedadlı şagirdimizə yeni nailiyyətlər arzu edirik! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi