Şagirdlərimiz respublika çempionu oldular

 Azərbaycan Respublikası Təhsil nazirliyi, “Kapitalbank” və Ağıllı şəhər-Bakının birgə layihəsi əsasında 10-11-ci siniflər arasında Nə? Harada? Nə zaman? oyunu üzrə Respublika çempionatı başa çatıb.
   Aprelin 9-da onlayn platforma üzərindən keçirilən seçim turunda ölkənin əksər rayon və şəhərlərini təmsil edən komandalar seçim turunda iştirak ediblər. 350-dən artıq komandanın qatıldığı turda liseyimizi təmsil edən “Zəkalar Sr” komandası rəqiblərini qabaqlayaraq seçim turunun qalibi olaraq finala vəsiqə qazanıb.
  Aprelin 16-da isə Bakıda seçim turunda ən yaxşı nəticə göstərmiş 20 komandanın iştirakı ilə final oyunu keçirilib. Bu dəfə də gərgin mübarizədən “Zəkalar Sr” komandası (Murad İskəndər, Məleykə Salamzadə, Nilufər Tağıyeva, Tofiq Rəhimov, Cavidan Səttarzadə, Elcan Əliyev) 38 sualın 15-ni düzgün cavabladıraraq əsas rəqibini məğlub edərək Respublika çempionu adına layiq görülüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi