Bayraq günü ilə bağlı şeir müsabiqəsi keçirildi

3 noyabr 2016-cı ildə Xətai rayon Gənclər və İdman idarəsi tərəfindən Bayraq günü ilə bağlı " Mənim bayrağım" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqə üçün 249 nömrəli məktəbdə Xətai rayon məktəbliləri toplanmışdı. Liseyimizin 3 şagirdi müsabiqəyə qatılmışdı. Onlardan 4c sinif şagirdi Əlizadə Nəzrin (müəlliməsi Hüseynova Bəyim) fərqləndirici yerə, 6a sinif şagirdi Yusifzadə Əli (müəlliməsi Məmmədova Səbinə) III yerə, 9a sinif şagirdi Rzazadə Əbülfəz(müəlliməsi Məmmədova Səbinə) I yerə layiq görüldü. Əli və Əbülfəz müsabiqənin Bakı şəhəri üzrə keçiriləcək növbəti turunda iştirak edəcəklər. 9a sinif şagirdi Yusifzadə Aidə eyni adlı inşa müsabiqəsində Xətai rayonu üzrə I yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi