“Kitabçı” düşərgəsinin üzvləri imza mərasimində iştirak etdilər

Aprelin 9-da Zəkalar liseyinin VIII sinif şagirdləri “Kitabçı” düşərgəsinin üzvləri Norveç uşaq yazıçısı Arne Svingenin “Sınmış burunun nəğməsi” əsərinin Libraf kitab dükanında keçirilən imza mərasimində Zəkalar liseyinin müəllimləri Leyla Məcidova və İbrahim Rüstəmovun müşayiət ilə iştirak ediblər. Əsərdə Bart adlı orta məktəb şagirdinin həyatda və təhsildə üz-üzə qaldığı çətinliklər və bu çətinliklərin ümumi fonunda yaşadığı mənəvi, psixoloji gərginliklər, tərəddüd və şübhələrdən bəhs edilir.
Tədbirin ən maraqlı tərəfi mərasimdə müəllifin şəxsən iştirak etməsi ilə yadda qalıb. Gənc “Kitabçı”lar Arne Svingenlə canlı ünsiyyət qurmaq və onları maraqlandıran suallara cavab tapmaq fürsətindən bəhrələniblər. Qonaq həm əsər, həm də Norveç məktəblilərinin həyatınından bəhs edən epizodlar haqqında ətraflı məlumat verib, Norveç təhsil sisteminin özəlliklərindən, ünsiyyət problemlərindən danışıb.
Tədbirdə liseyin müəllimi İbrahim Rüstəmov “Sınmış burunun nəğməsi” əsəri haqqında təəssüratlarını bölüşüb, əsərin baş qəhrəmanı Bartla öz şəxsi və məktəb həyatında rast gəldiyi bir sıra ortaq məqamlar arasında paralellər aparıb və müəllifə “Kitabçı” düşərgəsinin üzvləri adından dərin minnətdarlığını bildirib.
Sonda “Kitabçı”lar Arne Svingendən avtoqraf alıb və müəlliflə xatirə şəkilləri çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi