Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilidi

287 nömrəli “Zəkalar” liseyində 2016-cı ilin  Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilidi. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla qeyd edildi. Daha sonra Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş olundu. Videoçarxda Azərbaycan ordusunun bu döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqdan danışılır, Ali Baş Komandanımızın siyasi və hərbi iradəsindən bəhs edilirdi. Sonra liseyin çağırışaqədərki hazırlıq müəllimi İbrahim Rüstəmov Aprel döyüşləri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Aprel döyüşləri bizi 44 günlük Vətən Müharibəsinə aparan, strateji və taktiki baxımdan müstəsna əhəmiyyət daşıyan bir döyüş idi. Sonda liseyin direktor müavini Aysel Şıxəliyeva Aprel döyüşlərinin və 44 günlük müharibənin müstəqil Azərbaycan dövləti üçün bir siyasi və hərbi dönüş nöqtəsi olduğunu bildirdi və lisey şagirdlərinə qazanılmış qələbəni sonadək qorumaqdan ötrü təhsildə daha da  fərqlənmələrini, Vətəni və dövləti daha böyük məhəbbətlə sevməli olduqlarını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi