“Kitabçı” düşərgəsi üzvləri Kitab Pasajında

    Aprelin 3-də Kitab Pasajında təşkil olunmuş Uşaq Kitab Festivalında 287 nömrəli “Zəkalar” liseyi “Kitabçı” düşərgəsi ilə təmsil olunub. Düşərgənin 40-dək üzvünün qatıldığı festivalda əsl kitab bayramı yaşanıb. Xüsusilə, müəlliflərin iştirakı ilə keçirilən tədbir “Kitabçı”lar tərəfindən böyük maraqla qarşılanıb. Müəlliflərlə canlı ünsiyyət gənc “Kitabçı”larda, ümumiyyətlə, kitab mədəniyyəti ilə bağlı dərin təəssürat oyadıb.
Festivalda klassik və çağdaş bədii irsimizin, o cümlədən müasir dünya ədəbiyyatının müxtəlif janrlarda qələmə alınmış ən populyar nümunələri, posterlər və müxtəlif yaş qruplarına aid səhnəciklər nümayiş etdirilib.
    “Kitabçı”lar tərəfindən daha çox “Xəmsə”, “Həyat çətin olsa da, davam edir”, “Şirin portağal ağacım”, “İnsan nə ilə yaşayır”, “İnsanı yaşadan nədir”, “Əsl həqiqət”, “Xanım Pereqrinin qəribə uşaqlar üçün evi”, “Babanın möhtəşəm qaçışı”, “Panik yox” və s. kimi əsərlər alınıb.
    Festivaslın gedişində ümumi müzakirələr zamanı düşərgə üzvləri kitab sərgilərinin onlarda poziti aura, motivasiyalı əhval-ruhiyyə yaratdığını diqqətə çatdırıb, bu kimi tədbirlərdə davamlı iştirakın vacibliyini vurğulayıblar.
Sonda “Kitabçı” düşərgəsi üzvlərinin festivalla bağlı xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi