“Zəkalar” liseyinin “Kitabçı” düşərgəsində “Son yarpaq” əsərinin müzakirəsi

        Martın 18-də “Zəkalar” liseyinin “Kitabçı” düşərgəsində dünya ədəbiyyatının incilərindən biri sayılan O.Henrinin “Son yarpaq” əsərinin müzakirəsi keçirildi. Müzakirədə düşərgənin 40-dan çox üzvü iştirak edirdi. Öyrənənlərin əsər haqqındakı fikirləri həm əhatəsinə, həm məzmununa, həm də orijinallığına görə yadda qaldı. 
        Çıxış edənlərdən İlahə Cəfərzadə, Dilarə Kələntərli, Nizami Əkbərli, Yaqut Ağalı, Turan Babalı, Xədicə Orucova, Adil İsmayılzadə və başqaları əsəri ciddi bir həyat dərsi kimi dəyərləndirdiklərini və bu zaman insan düşüncələrinin nə qədər böyük əhəmiyyət daşıdığını xüsusilə vurğuladılar. 
        Daha çox yadda qalan isə “Kitabçı”nın yaşca ən kiçik üzvü, 6-cı sinif şagirdi Leyla Məmmədlinin çıxışı oldu. L. Məmmədli hələ aşağı sinifdə oxumasına baxmayaraq, kifayət qədər mütaliəli bir öyrənən, özünü daim inkişaf etdirən, kitabı sevən “Kitabçı”lardandır. Həmyaşıdlarına mükəmməl nümunədir.
        Çıxışlardan sonra liseyin çağırışaqədərki hazırlıq müəllimi İbrahim Rüstəmov düşərgə üzvlərinin qarşısında duran əsas hədəflərdən danışdı.
        Müzakirənin sonunda liseyin direktor müavini Leyla Məcidova maraqlı və məzmunlu təhlilə görə “Kitabçı”lara öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi