Xocalı faciəsinin 30-cu ildönümü

25 fevral 2022-ci il tarixində ölkənin hər yerində olduğu kimi liseyimizdə də Xocalı faciəsinin ildönümü silsilə tədbirlərlə anıldı. Unutmadığımız, unutdurmadığımız soyqırım günü, faciə qurbanları liseyin bütün siniflərində yad edildi.

Faciə qurbanlarına  həsr edilmiş  nümunəvi dərslər keçirildi. Şagirdlər  soyqrırm qurbanlarının xatirələrinin anıldığı plakatlar, divar qəzetləri hazırladılar. VIII sinif şagirləri Azərbaycan dili dərsində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş təqdimat, ardınca "Xoca"  filmini izlədilər.

IX sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa"  təşkil edildi.  Liseyin hərbi rəhbəri tədbirdə çıxış edərək şagirdlərə həm soyqrırm günü barədə faktları dilə gətirdi, həm də dünya icimaiyyətinə bu soyqırımın tanıdılması barədə görülən işlərdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi