"Kitabçı" düşərgəsində "Kəsəyənlər və adamlar"əsəri müzakirə olundu

18 fevral 2022-ci ildə 287 saylı Zəkalar liseyində fəaliyyət göstərən "Kitabçı" düşərgəsində növbəti kitab müzakirəsi keçirildi. Müzakirədə liseyin direktoru Aygün Əhmədli, direktor müavinləri Leyla Məcidova və Aysel Şıxəliyeva iştirak edirdilər. Düşərgədə bu dəfə məşhur Amerika yazıçısı, Nobel mükafatı laueratı Con Ernst Steynbekin "Kəsəyənlər və adamlar"əsəri müzakirə olundu. Tədbirdə əvvəlcə düşərgənin qurucusu, liseyin çağırışaqədərki hazırlıq müəllimi İbrahim Rüstəmov düşərgənin qarşısında dayanan əsas məqsədlər barədə ətraflı məlumat verdi və əsər haqqında danışdı. Sonra söz gənc “kitabçı”lara verildi. Tədbirdə Nəzrin Ağazadə, Şüşəxanım Vəliyeva, Nuray Abdullayeva, Cəlil İbrahimov, Dilarə Kələntərli, Elcan Əliyev,
Murad İskəndər, Aysu Vəliyeva, İnci Hüseynli, Cavid Əliyev, Tunar Babalı, Nəzrin Rüstəmli və Nərmin Aslanzadə əsər haqqında fikirlərini bildirdilər və qeyd etdilər ki, əsər ölməyən dəyərlərə, yaşamaq uğrunda mübarizəyə həsr olunub. Əsərin gənc nəsilin mübariz ruhda formalaşmasında böyük önəmini vurğulayan “kitabçı”lar, “Kəsəyənlər və adamlar”ı insan həyatının mənasını özündə ehtiva edən, yaşamaq uğrunda mübarizələrin bədii dillə mükəmməl təsviri kimi xarakterizə etdilər. Daha sonra direktor müavini Leyla Məcidova öz fikirlərini tədbir işdirakçıları ilə bölüşdü. Sonda liseyin direktoru Aygün Əhmədli “Kitabçı” düşərgəsinin qurucularına öz dərin minnətdarlığını bildirdi və onlara uğurlar arzuladı. Qeyd etdi ki, bu kimi müzakirələr öyrənənlərin təlim-tərbiyəsində xüsusi rol oynayır. Daha sonra əsər haqqında danışan lisey direktoru A. Əhmədlinin kövrək notlarla zəngin təəssüratları “kitabçı”lar tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi