“Kitabçı” düşərgəsində növbəti görüş

Fevralın 11-də 287 nömrəli “Zəkalar” liseyində fəaliyyət göstərən “Kitabçı” düşərgəsində Nobel mükafatı laureatı Con Ernst Steynbekin “Kəsəyənlər və adamlar” povestinin onlayn müzakirəsi keçirilib. Müzakirədə liseyin çağırışaqədərki hazırlıq müəllimi İbrahim Rüstəmov yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verib və əsərin əsas ideyası barəsində danışıb. Sonra söz liseyin şagirdlərinə verilib. Şagirdlərdən Murad İskəndər (11k), İlahə Cəfərzadə (10a), Elcan Əliyev (10d), Dilarə Kələntərli (10b), Cəlil İbrahimov (10k), Nuray Abdullayeva (10b), Nəzrin Ağazadə (10c), İnci Hüseynli (8 e), Tunar Babalı (8e), Nərmin Aslanzadə (8e) və başqaları əsər haqqında öz fikirlərini bölüşüb və əsərin məzmun və ideyasının əsas istiqamətlərindən, o cümlədən gənc nəslin formalaşmasında oynadığı mühüm roldan danışıblar. Qarşılıqlı maraq və diskussiya şəraitində keçən görüşdə liseyin dil-ədəbiyyat müəllimi Leyla Məcidova çıxışçıların fikirlərinə öz münasibətini bildirib və “Kitabçı” düşərgəsinin tədris-təhsil sahəsindəki əhəmiyyətini yüksək dəyərləndirib.
Sonda “Kitabçı” düşərgəsi növbəti müzakirənin O. Henrinin “Son yarpaq” əsərinə həsr olunması barədə yekdil fikrə gəlinib. Yeri gəlmişkən, bundan əvvəl “Kitabçı”da Joze Mauri di Vaskonselosun “Şirin portağal ağacım” əsəri müzakirə olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi