Liseyimizin dəyərli şagirdlərindən

Təhsildə göstərdiyi keyfiyyət  nəticələrinə görə respublikanın ümumtəhsil müəssisələri arasında daim ön sıralarda olan   287 nömrəli Zəkalar liseyinin uğurları  həm liseyin rəhbərliyinin,  həm də pedaqoji  kollektivin fəaliyyətinin nəticəsidir. Düzgün qurulan pedaqoji strategiya  liseydən məzun olan və ya hal-hazırda orada təhsil alan bir-birindən istedadlı şagirdlərin müxtəlif yarışlarda mütəmadi uğurlar qazanmasına səbəb olur.  A.Eynşteynin "Uğur=İstedad+Şərait+Zəhmət" düsturunun  real işlədiyi lisey mühitində yetişən bir-birindən dəyərli şagirdləri zaman-zaman sizlərə təqdim edirik.

Bu dəfə diqqətinizə çatdırmaq istədiklərimiz liseyin 11k sinif şagirdləri Tağıyeva Nilufər  və İskəndər Muraddır. Liseyin intellektual oyunlar komandasının üzvləri olan əlaçı şagirdlərimiz dəfələrlə müxtəlif yarışlarda iştirak etmiş, həm şəxsi hesabda həm də komanda üzvü olaraq bir çox kubokun, medal və diplomun  sahibi olmuşlar.

İstedadlı şagirdlərimizin iştirak etdikləri oyunlardan yığılmış fraqmentləri sizə təqdim edirik.

https://youtu.be/PNas7wXPRBw

https://youtu.be/jalYBbeWqLw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi