"2 Fevral - Gənclər gününə" həsr edilmiş "Zəka" bilik yarışı keçirildi

   29.01.2022  tarixində 287 nömrəli Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi.   Yarış "2 Fevral - Gənclər gününə"  həsr edilmişdi. Liseyin riyaziyyat  müəllimi Hüseyn Vəliyevin rəhbərliyi və liseyin kollektivindən  N.Aynur, İ.Nigar,  M.Sabir müəllim, direktor müavinləri  Y.Lalə,  Ş,Aysel, UBR İ.Təranənin təşkilatçılığı ilə keçirilən tədbir ənənəvi olaraq dövlət himninin səslənəsi ilə başladı.   Tədbirdə liseyin rəhbərliyi, qonaqlar iştirak edirdi.

    Bu dəfəki yarışda Zəkalar liseyinin, H.Əliyev adına liseyin,  Elitar gimnaziyanın, Ekologiya liseyinin, Avropa liseyinin 6 nömrəli məktəbin VI sinif şagirdləri iştirak edirdilər.   Qızğın rəqabət şəraitində davam edən oyun çox maraqlı keçdi. Qalib komandalar bir- birindən minimal  xalla fərqləndilər.  I yeri  1050 xalla  Ekologiya liseyinin, II yeri 950 Zəkalar lsieyinin, III yeri isə Elitar gimnaziyanın  komandası tutdu.  Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi