20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan "Zəka" yarışı

    15.01.2022  tarixində 287 nömrəli Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi.  Liseyin riyaziyyat  müəllimi Hüseyn Vəliyevin təşkilatçılığı ilə keçirilən ənənəvi yarış    20 Yanvar şəhidlərinin xatirəsinə  həsr edilmişdi.  Ənənəvi olaraq dövlət himninin səslənəsi ilə başlayan  tədbirin əvvəlində şəhidlərin xatirəsinə həsr olunan kiçik bədii hissə keçirildi. VII sinif şagirdlərinin ifasında mahnılar ifa edildi. Daha sonra yarışın əsas hissəsinə keçildi.   Tədbirdə liseyin rəhbərliyi, qonaqlar iştirak edirdi.   Budəfəki yarışın iştirakçıları VIII sinif şagirdləri idi.  Qızğın rəqabət şəraitində davam edən oyun çox maraqlı keçdi. Qalib komandalar bir- birindən minimal  xalla fərqləndilər.  I yeri  1250 xalla  8a sinifinin, II yeri 1200 xalla 8c sinifinin, III yeri isə 8b sinifinin  komandası tutdu.  Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi