Kiçik ürəklərin böyük fəaliyyəti

Azərbaycandakı Britaniya Konsulluğunun 2018-ci ildən etibarən həyata keçirdiyi  Learning Hub mərkəzlərində fəaliyyət göstərən English Club fasiləsiz öz işini davam etdirir. Pandemiya dövründə şagirdlərlə online dərslər keçən peşəkar müəllimlər, dərs ilinin başlanması ilə bərəbər canlı dərslərə davam ediblər. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İli qeyd etmək məqsədilə 5ci  və 7ci sinif şagirdləri genişmiqyaslı tədbir həyata keçirtdilər. Onlar yaratdıqları obrazlarla qəlblərdə taxt qurdular. Şagirdlər dil bacarıqlarını inkişaf etdirdiklərini oxuduqları mahnılar, söylədikləri şeirlər və öz səhnələşdirdikləri tamaşalarda nümayiş etdirdilər.

 Tədbirin sonunda liseyin direktoru A.Ə.Əhmədli, BC -nin koordinatory Xanım Teilova, liseyin qabaqcıl müəllimləri, tədbirin təşkilatçısı olan Könül İslamova və Nigar İbrahimovanı, eləcə də şagirdləri təbrik edib, onlara yeni ildə yeni yeni uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi