Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunan "Zəka" yarışı

25.12.2021  tarixində 287 nömrəli Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi.  Liseyin riyaziyyat  müəllimi Hüseyn Vəliyevin təşkilatçılığı ilə keçirilən ənənəvi yarış    Dünya Azərbaycanlılarının həmrəylik gününə  həsr edilmişdi.  Xətai rayonunda yerləşən  287, 95, 245, 17, 261, 86  nömrəli məktəblərin komandalarının iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Tədbirdə liseyin rəhbərliyi, qonaqlar iştirak edirdi.   Budəfəki yarışın iştirakçıları VI  sinif şagirdləri idi. Qızğın rəqabət şəraitində davam edən oyunun sonunda I yeri  1550 xalla  Zəkalar liseyinin, II yeri  875 xalla 245 nömrəli məktəbin, III yeri isə 500 xalla  95 nömrəli məktəbin komandası tutdu.  Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi