Liseyimizin komandası FLL turnirindən iki kubok qazandı: "Robot oyunu üzrə" qalib və "Çempion"!

Liseyimizin komandası FLL turnirindən iki kubok qazandı: "Robot oyunu üzrə" qalib və "Çempion"!

Dekabrın 18-də ADA Universitetində “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib. 1998-ci ildən etibarən Danimarkanın “Lego Education” və ABŞ-ın “First” şirkətinin ortaq layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya olan maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir. 2021-2022-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnirin builki mövzusu şəhərsalmaya həsr olunub  və “City shaper” adlanır. Keçirilmiş yerli turnir çərçivəsində  18 dekabr tarixində 10-16 yaşlı məktəblilərdən ibarət 28 komanda “Əsas dəyərlər”, “Robot oyunu” adlı 2 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın münsiflər heyəti yüksək peşəkarlıqlı  ekspertlərdən və ADA Universitetinin müəllimlərindən ibarət oldu. Liseyimizi turnirdə liseyin müəllimləri Məhin Cəfərova və Rüstəmova Səadətin rəhbərliyində VIII-XI sinif   şagirdləri  Rəhimov Tofiq, Rüstəmzadə Polad, Ağayev Şahmar, İsmayılzadə Həmzə, Həsənov Rəsul və Tunar Babalıdan ibarət  "Dynamite" komandası təmsil etdi. Robot oyunu zamanı ən yüksək bal topladığına görə  “Robot oyunu” üzrə və eyni zamanda bütün kriteriyalar üzrə münsiflərin müsbət rəyini aldığına görə "Çempion" adını da qazandı. Qalib komandanın üzvlərinə iki kateqoriya üzrə kubok və dəyərli hədiyyələr təqdim edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi