Şagirdimizin möhtəşəm konserti

    287 nömrəli Zəkalar liseyinin VII sinif şagirdi İnci Həsənlinin 10 dekabr 2021-ci il tarixində möhtəşəm bir  solo  konserti  baş tutdu. Balaca pianoçumuzu izləyənlər arasında AMK-nın rektoru Siyavuş Kərimi, Musiqi Kollecinin direktoru Nazim Kərimov, Konservatoriyanın xalq çalğı alətləri ansamblının rəhbəri Arif müəllim, Musiqi Akademiyasının "Kamera ansamblı"  kafedrasının professoru Kəmalə Neymanova da vardı. Konsert proqramına A.Bəbirov, T.Quliyev, A.Məlikov, F.Bədəlbəyli, Fr.Şopin, Mozart, Bethoven, Raxmaninov kimi bəstəkarların əsərləri daxil edilmişdi.

    Konserti barədə böyük həyəcanla təssüratlarını bölüşən İnci, bu konsert üçün ona kömək olan bütün müəllimlərinə, eləcə də bu yolda ona daim  mənəvi dəstək olan  liseyimizin direktoru Aygün Əhmədli və ibtidai sinif müəllimi Reyhan Hacinskayaya təşəkkürlərini bildirdi.

   Biz də, kollektiv adından istedadlı pianoçumuza yeni-yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi