Liseyimizin komandası SAF2021 festivalında birinci yerin sahibi oldu

     Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalının  bağlanış mərasimi keçirilib.  “Mıcro:Bıt” kateqoriyası üzrə yarışa qoşulan Ayan İslamova və Murad İslamovun komanda rəhbəri liseyin informatika və STEAM müəllimi Zibər İsmayılova idi.  Microbitlə çalışan katapulta ilə festivalda iştirak edən komandamız kateqoriya üzrə tapşırıqda  maksimum göstəricini əldə edərək birinci yerin sahibi oldu.

    Qalibiyyətləri ilə lisey kollektivinə böyük qürur yaşadan komanda üzvlərini təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi