Müəllimimiz “Tərəqqi” medalına layiq görülüb

        287 nömrəli Zəkalar liseyinin dəyərli müəllimi Reyhan Hacinskaya ölkə Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
          Dekabrın 7-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Nazir dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda  təltif edilən təhsil işçilərinə, eyni zamanda Reyhan Haciskyaya da  medal və vəsiqə təqdim olunub. 
         Lisey kollektivi adından dəyərli pedaqoqa can sağlığı və yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi