"SAĞLAM HƏYAT TƏRZİ" DEVİZİ ALTINDA NÖVBƏTİ TƏDBİR KEÇİRİLİB

 Şəxsi gigiyena  qaydalarına  riayət olmasının  həyati vacib olduğu  bu günlərdə liseydə "Sağlam həyat tərzi" devizi altında tədbir keçirildi.  Liseyin VI  siniflərində  təşkil olunmuş maarifləndirici tədbirdə həm şagirdlər, həm də sinif rəhbərləri gigiyenik qaydalar haqqında məlumatlar verdi. Eyni zamanda liseyin tibb bacısı Natəvan Babayeva şəxsi gigiyena qaydalarından, onun bünövrəsinin kiçik yaşlarda qoyulmasından, bədənə qulluğun komponentlərindən, əşyalara qulluqdan, ictimai yerlərdə ümumi istifadə olunan əşyalara davranış qaydalarından, eyni zamanda psixoloji gigiyenadan da məlumat verdi. Şagirdlər sağlamlıq və gigiyena haqqında müzakirələr apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi