15 sentyabr -Bilik günü qeyd edildi

15 sentyabr -Bilik günü Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi liseyimizdə də bayram ab-havası var idi. Liseyin həyətində tədbir keçirildi. Aparıcılar şagirdləri, müəllimləri və gələn qonaqları yeni dərs ili münasibətilə təbrik etdilər. Birincilər şeirlər söylədilər. Daha sonra söz liseyin direktoru Aygün Əhmədliyə verildi. O, ötən dərs ilində liseyin əldə etdiyi uğurları qeyd etdi və bir daha yeni dərs ilini təbrik edərək liseyimizə daha böyük uğurlar arzuladı. Bu il Bakı şəhərində keçirilən möhtəşəm Şahmat tədbirində ölkəmizi komanda tərkibində təmsil edən liseyimizin 9b sinif şagirdi Qədimbəyli Abdulla səhnəyə çağırıldı, uğurları münasibətilə bir daha alqışlandı. Tədbirdə iştirak edən Xətai rayon İcra hakimiyyətinin nümayəndəsi də liseyimizin bu il də Xətai rayonunun təhsil müəssisələri arasında qəbul faizinə görə birinci yerdə olması münasibətilə təbrik etdi və uğurlarının davamını dilədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi