Şanlı qələbəmizə həsr olunan intellektual oyun keçirildi

06.11.2021 tarixində 287 nömrəli Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi. Liseyin riyaziyyat müəllimi Hüseyn Vəliyevin təşkilatçılığı ilə keçirilən ənənəvi yarış ölkəmizin Vətən müharibəsində qazandığı böyük zəfərə həsr edilmişdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə liseyin rəhbərliyi, qonaqlar iştirak edirdi. Budəfəki yarışın iştirakçıları IX sinif şagirdləri idi. Qızğın rəqabət şəraitində davam edən oyunun sonunda 9e sinif şagirdlərinin komandası 1000 xalla I yerin, 9k sinfi II yerin, 9a sinfi III yerin sahibi oldu. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.