“Zəfər gününə ” həsr olunan  tədbir keçirildi

    287 nömrəli Zəkalar liseyində 8 Noyabr  “Zəfər gününə ” həsr olunan  tədbir keçirildi. Tədbirdə liseyin direktoru Aygün Əhmədli, liseyin hərbi rəhbəri, direktor müavinləri, müəllimlər, şagirdlər və qonaqlar iştirak edirdi. Aygün Əhmədli, İbrahim Rüstəmov və Qarabağ Müharibəsi Əlilləri Veteranları və şəhid ailələri içtimai birliyi Xətai rayon filialının sədri, II Qarabağ müharibəsinin iştirakçısı mayor Fuad Salahov, II Qarabağ müharibəsinin iştirakçısı Süleyman Məmmədov və digər çıxış edənlər  8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda mübarizəsinin ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu.Təntənəli tədbirdə liseyin şagirdləri gözəl çıxışları ilə əsl bayram ab-havası yaratdılar. Tədbir zamanı ifa olunan “Xudayar təsnifi”nə bütün iştirakçılar qoşuldular. Bu isə əsl vətən sevgisinin və bayram əhval ruhiyyəsinin xəbərçisi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi