Zəfər gününə həsr edilmiş Xəmsə milli intellektual oyununda qalib olduq

    Noyabrın 4-də Xətai rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Xətai rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında «8 noyabr — Zəfər günü»nə həsr edilmiş Xəmsə milli intellektual oyunu üzrə məktəblilər arasında yarış keçirilib. İntellektul yarışda suallar İkinci Qarabağ müharibəsi tarixi, rəşadətli Azərbaycan ordusu, Vətən müharibəsi qəhrəmanlarından bəhs edib. Liseyimizin 11-ci sinif şagirdlərindən təşkil edilmiş «Zəkalar Sr» komandası final oyununda 16300 xal yığmaqla qalib adını qazanıb. Qalib komanda üzvləri diplom və fəxri fərmanlarla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi