“Borcumuz tükənməzdir”

    4 Noyabr 3b sinif şagirdləri sinif rəhbəri Əsgərova Ofelya müəllimənin təşkilatçılığı ilə “Borcumuz tükənməzdir” devizi altında 44 günlük müharibənin “Böyük Zəfər”ini bizə yaşadan şəhidləri onların ildönümü ərəfəsində ziyarətə getdilər. Kiçik şagirdləri onları tanıdıqlarını, qəhrəmanlıqlarını, onlar haqqında düşüncə və ürək sözlərini, dərin təşəkkürlərini əvvəldən hazırladıqları məktuba yazaraq qərənfillərlə bərabər məzarları üstünə qoydular. Hər bir şəhidin adını uca tutacaqlarına, yaşadacaqlarına söz verdilər.

    Əsas məqsəd kiçik məktəblilərdə vətənpərvərlik ruhunu formalaşdırmaq, vətən sevgisinin ən uca məqamını bizlərə öyrədən qəhrəmanları daha yaxından tanıtmaq olmuşdur. Bununla yanaşı bu müharibədə düşmənin son aqibəti ilə yaxından tanış olmaq üçün 3b sinfi “Hərbi Qənimətlər parkı”na gedərək məhv edilmiş düşmən texnikalarını, onların dağıdılmış postlarını görmüş və böyük ruh yüksəkliyi ilə ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi