"Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda müsabiqə keçirildi

Liseyin tədbirlər planına əsasən  "Aşıq Ələsgər  və Azərbaycan  folkloru" mövzusunda yaradıcılıq müsabiqəsinə Zəkalar liseyində də geniş şəkildə hazırlıq görülmüş və 23.10.2021 tarixində  müsabiqə keçirilmişdir.  Müsabiqəyə liseyin VII-X sinif şagirdləri qatılmışdır. Şeir, mahnı və yaradıcı iş olmaqla 3 nominasiya üzrə keçirilən müsabiqədə Aşıq Ələsgərin kötükcələri  liseyin 9d şagirdi Ələsgərli Təhminə Nəsimi qızı,  7d sinif şagirdi Ələsgərli  İslam Nəsimi oğlu da öz təqdimatları ilə iştirak etdilər . (Qeyd edək ki, aşığın kötükcələri olan Ələsgərli Taclı, Ələsgərli Yasəmən və Ələsgərli Şəhriyar  da liseyin məzunlarıdır.)

Müsabiqədə Aşıq Ələsgərin nəticəsi olan  liseyimizin ibtidai sinif müəllimi Salahova Səadət Arif qızı da öz kitabxanasından A.Ələsgər yaradıcılığı ilə bağlı olan  kitab nüsxələri  ilə iştirakçıları tanış etmiş , onun həyat və yaradıcılığına dair bir çox maraqlı məlumatlar vermişdir. Sonda müsabiqənin münsiflər heyəti  liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri  Bilalova Sahilə və isgənərova Günay elm xadimlərimizin  araşdırmalardan  çıxan nəticələrdən  danışaraq  ədəbiyyatımızda Aşıq Ələsgərə qədər və ondan sonra olmayan bir çox ədəbi janrların daxil edildiyini bildirdilər. Türk dünyası ədəbiyyatında heca vəzninin A.Ələsgərin adı ilə bağlı olduğunu diqqətə çəkərək bir çox janrlardan nümunə söylədilər.  Zəkalar liseyində keçirilən müsabiqədə  Azərbaycan ədəbiyyatını,  aşıq poeziyasının zirvələrə yüksəldərək "Dədə Ələsgər"  adını qazanan  el sənətkarına həsr olunmuş müsabiqədə şeirlər,  ifa olunan mahnılar,  təqdimatlar dinlənmiş,  rəsm işləri ilə tanış olundu. Hər nominasiya üzrə qaliblər elan edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi