Liseyin direktoru intellektual oyunlar komandasının üzvləri ilə görüşdü

Oktyabrın 20-də Azərbyacan Respublikası Təhsil Nazirliyi, «Kapitalbank»ın dəstəyi və Ağıllı şəhər — Bakının birgə layihəsi əsasında 6-9-cu siniflər arasında «Nə? Harada? Nə zaman?» oyunu üzrə Bakı şəhər açıq çempionatının final görüşü baş tutdu.  Liseyimiz final mərhələsində iki komanda, «Zəkalar Sr» və «United» komandaları ilə təmsil olunmuşdu. 36 sualdan 18-ə doğru cavab vermiş «Zəkalar Sr» komandası üçüncü yerə layiq görülmüşdü, «United» komandası isə qaliblər arasında olmasa da reytinq cədvəlində beşinci yerdə qərar tutmuşdu.  Liseyin direktoru Aygün Əhmədli hər iki komandanın üzvləri ilə görüşdü. Daima şagirdlərin hərtərəfli inkişafını dəstəkləyən lisey rəhbəri  şagirdlərin təəssüratlarını maraqla dinlədi. Onlara hər zaman güvəndiyini, daha böyük uğurlara layiq olduqlarını qeyd etdi, yeni nailiyyətlər arzu etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi