Şəhidin anım günü qeyd edildi

    Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Xəqani  Murtuzəliyevin oktyabrın 22-də anım günü qeyd edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra  "Vətən Uğrunda", “Xocavəndin Azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.  

    Şəhidin övladı Tunar Murtuzəliyevin təhsil aldığı sinif otagına  şəhid Xəqani Murtuzəliyevin adı verilmişdir. Anım günü ərəfəsində onun sinif yoldaşları və liseyin ibtidai sinif şagirdləri şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.

    Vətən üçün yaşanılan ömürlər unudulmur...

    Şəhidlər ölməz, Vətən bölünməz!

 

https://youtu.be/9lFNMvePmPM

https://youtu.be/EuvIMkle950

https://youtu.be/bMClnd9xs4w

https://youtu.be/1Nfu_O1fK7Q

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi