“Zəfər gününə” həsr edilən “Zəka” intellektual yarışı keçirildi

    16.10.2021 tarixində 287 nömrəli Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi.  Liseyin riyaziyyat  müəllimi Hüseyn Vəliyevin təşkilatçılığı ilə keçirilən ənənəvi yarış   bu dəfə ölkəmizin Vətən müharibəsində qazandığı böyük zəfərə həsr edilmişdi.Tədbirdə liseyin rəhbərliyi, qonaqlar iştirak edirdi.   Budəfəki yarışın iştirakçıları altıncı sinif şagirdləri idi. Qızğın rəqabət şəraitində davam edən oyunun sonunda 6d sinif şagirdlərinin komandası I yerin, 6a  sinfi  II yerin, 6b sinfi III yerin sahibi oldu. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi