Övladının təhsil aldığı sinfə onun adı verilib

    Xəqani Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı.

    Azərbaycanın Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğurunda gedən döyüşlərdə savaşıb. Xəqani  Murtuzəliyev oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.

    Azərbaycan Prezidenti İlham Əliyevin  15.12.2020-ci il  tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra  "Vətən Uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət göstərdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Xocavəndin Azad olunmasına görə" , 24.06.2021-cil il tarixli  Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi. 

    Bu gündən övladının təhsil aldığı sinif şəhid Xəqani Murtuzəliyevin adını daşıyacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi