“Biz səninləyik”  layihəsinin təqdimat mərasimi keçirildi

    287 nömrəli   Zəkalar liseyində Təhsildə inkişaf və innovasiyalar üzrə V qrand müsabiqəndə fərdi kateqoriyada qalib  olmuş “Biz səninləyik”  layihəsinin təqdimat mərasimi keçirildi. Liseyin direktor müavini Leyla Məcidovanın müəllifi olduğu layihə 11-15 yaşlı şagirdlər arasında psixoloji problemlərin çoxyönümlü həllinin tapılması məqsədi daşıyır.  “Sağlam psixoloji mühit- xoşbəxt uşaqlar” şüarıyla həyat tapacaq layihənin səmərəliliyi əminlik doğurur.  Onlayn təqdimatda  liseyin direktoru Aygün Əhmədli, liseyin kollektivi, təhsil eksperti Ramil Süleymanov, Xətai rayon məktəblərinin psixoloqları iştirak edirdilər. Tədbirdə çıxış edənlər layihənin vacibliyini xüsusi  qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi