Liseyin direktoru fəxri fərmana layiq görüldü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib. 2020-2021-ci tədris ilində olimpiada və müsabiqələrin nəticələrinə görə, fərqlənmə attestatları və qızıl və gümüş nişan alan şagirdlərin sayına görə seçilən məktəblərdən biri olan 287 nömrəli Zəkalar liseyinin direktoru Aygün Əhmədli BŞTİ tərəfindən Fəxri Fərmanla təltif olunub.
Bütün kollektiv adından dəyərli rəhbərimizə yeni uğurlar arzu edirik!