Cəbrayıl rayonunun işğaldan azad olunmasına həsr edilmiş “Nə? Harada? Nə zaman?” oyunu keçirilib

Oktyabrın  3-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və «Xəzər İntellektual Gənclər Klubu»nun birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad olunmasına həsr edilmiş “Nə? Harada? Nə zaman?” oyunu üzrə onlayn intellektual yarış keçirilib.    

         İntellektual yarışda Bakı və regionlarımızı təmsil edən komandalar iştirak edib. Bilik yarışında müzəffər Azərbaycan ordusunun Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlar, Cəbrayıl rayonunun tarixi, mədəni abidələri, qəhrəman döyüşçülərimiz, dövlətçilik quruculuğumuz haqqında 24 sual verilib.

         Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, 17 suala doğru cavab verən «Maqnat» komandası birinci yeri tutub. 16 suala cavab verən «Qurencia» komandası ikinci, 15 sualı doğru cavablamış «Zəkalar» komandası üçüncü yer tutub.

         Yarışın qalibləri karantin dövrü bitdikdən sonra BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi