Qrand müsabiqəsinin qalibi olan layihənin təqdimat mərasimi keçirildi

   287 nömrəli   Zəkalar liseyində Təhsildə inkişaf və innovasiyalar üzrə V qrand müsabiqənin qalibi olmuş "Aerokosmik mühəndislik- Pilotsuz uçan aparatlar Mərkəzi"  layihəsinin təqdimat mərasimi oldu. Tədbirdə liseyin rəhbərliyi, layihənin təlimçiləri, qonaqlar, şagird və valideynlər iştirak edirdi. Tədbiri çıxış sözü ilə layihənin rəhbəri, liseyin direktoru Aygün Əhmədli açıq elan etdi. O, çıxış edərək texnologiyanın sürətlə inkişaf etdiyi  bir zamanda layihənin vacibliyi və gələcək nəsillər üçün gətirəcəyi  töhvələri xüsusilə qeyd etdi. Daha sonra layihədə təlimlər keçəcək mütəxəsislərə  və ekspertlərə söz verildi. Müdafiə Nazirliyinin aviamühəhdisi, təlimçi Mikayıl Əsgərov və digər qonaqlar layihə haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Demokratik Gənclər Birliyinin direktoru, İKT-nin Təhsildə Tətbiqi üzrə layihələrin baş mütəxəsisi   Ramil Süleymanov  da tədbirdə çıxış etdi. Şagirdlərin sualları cavablandırıldı. Layihə  şagird və valideynlər tərəfindən  böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi