Yeni dərs ilinə start verildi

    Sentyabrın 22-si  bütün respublikada olduğu kimi 287 nömrəli Zəkalar liseyində də  I-IV siniflər  üzrə yeni dərs ilinə start verildi.  İbtidai siniflərin,  xüsusilə də birincilərin sevincinin həddi-hüdudu yox idi. Uzun fasilədən sonra doğma təhsil ocağına qayıdan məktəbliləri qarşılamaq üçün qısa bir salamlama  tədbiri təşkil edilmişdi. Dövlət himni ilə başlayan tədbirdə çıxış üçün söz  liseyin direktoru Aygün Əhmədliyə verildi. Liseyin rəhbəri  2020-2021-ci tədris ilinin yekunları, tələbə adı qazanan məzunlarımızın imtahanlarda göstərdiyi yüksək nəticələri valideynlərə böyük qürurla çatdırdı.  Yeni dərs ilində  bütün şagirdlərə və liseyin  kollektivinə  uğurlar və müvəffəqiyyətlər arzu etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi