Polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr olunmuş "Nə? Harada? Nə zaman? " oyununun qalibi olduq

Avqustun 28-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Nərimanov rayon Gənclər və İdman İdarəsi və «Xəzər» İntellektual Gənclər Klubu»nun birgə təşkilatçılığı Vətən Müharibəsi şəhidi, polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? oyunu üzrə onlayn intellektual bilik yarışı keçirilib.      
     İntellektual yarışda polkovnik Zaur Nudirəliyevin həyatı, döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında, eləcə də Qarabağ tarixi, Vətən müharibəsi, məntiq, dünyagörüşü, təhsil, hərbi vətənpərvərlik və s. sahələri əhatə edən suallar səslənib.
    İntellektual yarışda 30-a yaxın məktəbli və gənclərdən ibarət komandalar iştirak edib. Maraqlı haldır ki, yarışa təkcə Bakı və regionlardan deyil, hətta ölkə xaricində təhsil alan oyunçular da qoşulub.
    Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, 24 sualdan 16-a cavab vermiş «287 saylı «Zəkalar» liseyi»nin komandası birinci, eyni sayda suala doğru cavab verən «ABD» komandası ikinci, 13 suala cavab verən «Ağ-Qara» komandası üçüncü yerə layiq görülüb.
    Yarışın qalibləri Vətən Müharibəsi şəhidi, polkovnik Zaur Nudirəliyevin doğum günü ərəfəsində müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi