Liseyimiz V qrant müsabiqəsində iki kateqoriya üzrə qalib oldu

   Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlandı. 287 nömrəli Zəkalar liseyi həm Ümumi təhsil kateqoriyasında, həm də fərdi kateqoriyada qalibiyyət qazandı. Belə ki, təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində Ümumi təhsil kateqoriyası üzrə həyata keçiriləcək  layihələr  içərisində Xətai rayonu 287 nömrəli 'Zəkalar' liseyində  "Aerokosmik mühəndislik - Pilotsuz uçan aparatlar Mərkəzi“ layihəsi  tətbiq ediləcək.  Lahiyənin müəllifi liseyin direktoru Aygün Əhmədlidir.

    Fərdi kateqoriyada liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Məcidova “Biz səninləyik! - Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi” layihəsi ilə qalib oldu.

   Hər iki qalibi təbrik edir, layihələrin reallaşması yolunda uğurlar arzulayırıq. Hər iki layihə üzrə Azərbaycan təhsilinə böyük töhfə verəcəyimizdən əminik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi