7 yaşlı şahmatçımızın böyük uğurları

     Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin 1 d sinfində oxuyan Nəzirli Fikrət İbrahim oğlu şahmat üzrə dərəcə və yer uğrunda mübarizədə uğur qazanaraq bizləri sevindirdi. Belə ki, Fikrət hələ 5 yaşında olarkən  16  yaşa qədər uşaqlarla   mübarizə apararaq  ilk şahmat dərəcəsini almış(IV dərəcə)  və  9 oyundan 8 mat,1 patla  l yerin   sahibi olaraq hamını heyrətləndirməyi bacarmışdı. Bu il də  7 yaşlı Fikrət   şahmat üzrə 3-cü dərəcə uğrunda gedən təsnifat yarışında mübarizə aparmış və uğur qazanmışdır.  Bu dəfə  Fikrət 3-cü dərəcəni almaqla yanaşı 3-cü yerin də sahibi olmuşdur. III yerin sahibi olan Fikrətlə bərabər yenə  də qaliblər kürsüsünün digər sahibləri 14-15 yaşlılar oldu. 3-cü dərəcə uğrunda şahmat təsnifatında   Fikrət iştirakçılar arasında ən az yaşlı olaraq uğur qazanmağı bacarmışdır. Fikrəti təbrik edir, ona gələcəkdə  uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi