“Mən Azərbaycanlıyam“ yarışının qalibi olan şagirdimiz mükafatlandırıldı

İyulun 2-də “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının X yubiley mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılan qaliblər arasında 287  nömrəli Zəkalar liseyinin 10k sinif şagirdi   Nilufər Tağıyeva da vardı. X mövsümdə  ilin finalında  3 tələbə rəqibi ilə bilik mübarizəsinə qatılan şagirdimiz II yerin sahibi oldu. 

“Azərbaycanımızı tanıyaq və tanıdaq!” şüarı altında keçirilən “Mən Azərbaycanlıyam“ milli bilik yarışmasının keçirlməsinin əsas məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi