"Learning Hubs" layihəsi başa çatdı

       Britaniya hökuməti və British Council-ın təşkil etdiyi "Learning Hubs" layihəsi çərçivəsində liseyimizin 5-ci sinif şagirdlərinin yanvar ayından etibarən qatıldığı ingilis dili danışıq dərsləri 24 iyun 2021-ci il tarixində "Yay Məktəbi"ndə  yekunlaşmışdır. Bu məqsədlə liseyimizin ingilis dili müəllimləri Nigar İbrahimova və Könül İslamova məktəbdə şagirdlərlə görüş təşkil edərək British Council-ın ölkə üzrə direktoru Summer Xia tərəfindən imzalanmış fəal iştirakçı sertifikatlarını onlara təqdim etmişdir. Şagirdlərin dərslərə yüksək maraqla yanaşdıqları və fəallıq göstərdikləri xüsusi vurğulanmışdır. Həmçinin layihə çərçivəsində iqlim dəyişikliyi mövzusunda təşkil olunmuş "Climate change" müsabiqəsində iştirak edən şagirdlərə xüsusi sertifikatlar da verilmişdir. Sonda şagirdlərlə birgə xatirə şəkilləri çəkilmişdir.irə şəkilləri çəkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi