Zəkalar liseyi "Yay Məktəbi"nə tam hazırdır

    287 nömrəli Zəkalar liseyi   Təhsil Nazirliyinin  "Yay Məktəbi" layihəsinə qoşulmuşdur.  Şagirdlərin yay tətilinin daha səmərəli keçirilməsi üçün müxtəlif istiqamətlərdə maraqlı dərslər təşkil edilmişdir. "Yay Məktəbi"ndə müxtəlif siniflərdən ibarət 4 sinif komplekti yaradılmış və onların yaş səviyyəsi nəzərə alınmaqla əsas fənlərlə yanaşı Zəfər tarixi, uşaq hüquqları, şahmat, idman, ingilis və rus dillərində danışıq klubları, psixoloq saatı, STEAM dərslərinın təşkili nəzərdə tutulmuşdur. Açıq havada keçirilək dərslər,  həmçinin Hərbi Qənimətlər parkında keçiriləcək Zəfər tarixi dərsi şagirdlərin  vətənpərvərlik ruhunun yüksəldilməsinə və dünya görüşü səviyyəsinin artmasına müsbət təsir göstərəcəkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi