Son Zəng -2021

14 iyun 2021-ci il tarixində 287 nömrəli Zəkalar liseyində “Son Zəng” tədbiri keçirildi. Tədbir dövlət himni ilə başladı. Tədbirdə çıxış üçün söz ilk olaraq liseyin direktoru Aygün Əhmədliyə verildi. Bu dərs ili müddətinə təsadüf edən Vətən müharibəsi iştirakçılarını yad edən direktor, liseyin iki şəhid məzununu da andı. Onların xatirəsinə hazırlanan psoterin qarşısında şəhidlər bir dəqiqəlik sükutla yad edildi.
2020-2021-ci tədris ilinin Zəkalar liseyi üçün uğurlu il olduğunu qeyd edən Aygün Əhmədli, yüksək nailiyyətləri ilə seçilən şagird və müəllimləri fəxri fərmanlarla mükafatlandırdı.
Sonda lisey rəhbəri və çıxış edən müəllimlər 2021-ci il məzunlarına həyat yollarında böyük uğurlar arzu etdilər.
Tədbirin keçirilməsi zamanı pandemiya şəraitinin qaydalarına riayət olundu.