Kiçik Akademiyanın konfransı keçirildi

23 may 2021-ci il tarixində 287 nömrəli Zəkalar liseyinin Kiçik Akademiyasının növbəti konfransı keçirildi. Pandemiya dövründə təhsilin təşkili qaydaları ilə əlaqədar onlayn keçirilən tədbirdə liseyin direktoru Aygün Əhmədli, direktor müavinləri, sinif rəhbərləri və IX-XI  sinif şagirdləri iştirak edirdilər. Budəfəki konfransda da maraqlı mühazirələr, araşdırma və tədqiqat işləri dinləndi,  müzakirələr  aparıldı.   IX sinif şagirdləri  Fərmanzadə Fidan “Alternativ enerji mənbələri”, Hacılı Nihad “Təqribi hesablamalara aid kiçik elmi araşdırma”,  Cəfərzadə İlahə “Göz optik sistem kimi. Gözdəymə(nəzər) haqqında” ,  Rüstəmova Aytac “Atom bombası, təhlükəsi, fəsadları”   mövzularında çıxış etdilər. Liseyin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əhmədli elmi araşdırmalar və nailiyyətlər yolundakı şəxsi təcrübələrini də dilə gətirərək çıxış edən şagirlərə dəyərli məsləhətlər verdi, təqdim edilən işlərin müsbət yanlarını  xüsusilə  vurğuladı.  Şagirdlərin  fənn müəllimləri və sinif yoldaşları da dinləmədən sonra yaranan sualları çıxışçılara ünvanladılar. Tədbir maraqlı diskussiya şəklində davam etdi.  Üzərində iş aparılan digər mövzuların dinlənməsi növbəti konfransa saxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi