İki şagirdimiz Fənn olimpiadasının qalibi oldu

    Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum oldu.  287 nömrəli Zəkalar liseyinin  şagirdlərindən 2  nəfəri  finalda qaliblər sırasında oldu.  Beləki, 11-ci sinif şagirdi  Həsənzadə Leyla Azərbaycan dili və ədəbiyyat  fənni üzrə III yerin, 10-cu sinif şagirdi  İskəndərov Murad tarix fənni üzrə II yerin sahibi oldu. 

Hər iki şagirdimizi və liseyin Azərbayvan dili və ədəbiyyat müəllimi Əliyeva Könül və tarix müəllimi Tağıyeva Mənsurəni təbrik edir, yeni uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi