«Nizami dünyası» adlı intellektual müsabiqə keçirilib

    Mayın 18-də 287 saylı «Zəkalar» liseyinin IX-XI sinif şagirdləri arasında «Nizami dünyası» adlı intellektual müsabiqə keçirilib. Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, «Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlə Planı»nın 6-cı bəndinin icrasını təmin etmək məqsədilə təşkil olunub.
    Onlayn platforma üzərindən keçirilən oyunda Nizami Gəncəvinin həyatı, yaradıcılığı, onun Azərbaycan və dünya ədəbiyyat tarixində yeri ilə bağlı suallar təqdim edilib.
     Yarışda təqdim edilən 20 sualdan 18-ə cavab verən Murad İskəndərov (10 K) qalib olub. Digər yerləri Nilufər Tağıyeva (18 cavab) və Tofiq Rəhimov (14 cavab) tutub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi