28 May Gününə həsr olunmuş tədbir keçirildi

Ənənəvi olaraq 28 May Respublika Günü liseyimizdə böyük təmtəraqla qeyd olundu. Rafil İmanovun bu günə həsr etdiyi və çox böyük həvəslə keçirdiyi "Zəka" bilik yarışmasını onun davamçıları - lisey rəhbərliyi və Rafil müəllimin şagirdi, Azər Səmədov təşkil etmişdilər. Bu il rekord göstərici qeyd olundu: yarışmada 570-ə yaxın şagird iştirak etdi. Yarışmaçılar imtahan otaqlarına keçdikdən sonra liseyin direktoru Aygün Əhmədli gələn qonaqları və valideynləri salamladı. Hər kəsi Respublika Günü münasibətilə təbrik etdi, liseyin ötən bir il ərzində nail olduğu uğurlarından məlumat verdi, daha sonra milli bayramımıza həsr olunmuş tədbirin bədii hissəsini açıq elan etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi