Qalib «Zəkalar Sr» komandasının üzvləri mükafatlandırıldı

      Mayın 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi «Nizami Gəncəvi ili» çərçivəsində dahi şairin həyat və yaradıcılığına həsr olunmuş intellektual yarış keçirdi. Respublikanın bütün bölgələrindən 9-11-ci sinifləri təmsil edən komandalar öz biliklərini sınadığı bu yarışmada  287 nömrəli Zəkalar liseyinin «Zəkalar Sr» komandası  öz qrupunun birincisi oldu, ümumi hesabda isə  1 xal fərq ilə ikinci yeri tutdu.
    07.05.2021-ci il tarixində qalib komandanın üzvləri lisey rəhbərliyi ilə görüşmək üçün doğma məktəbə gəldi.  Lisey rəhbərliyi Təhsil Nazrliyinin  təqdim etdiyi hədiyyələri qaliblərə təqdim etdi. Liseyin direktoru və müəllimlər komanda üzvlərini uğurları münasibətilə  bir daha təbrik etdi, yeni nailiyyətlər dilədilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi